Sumqayıtda izdihamlı Xocalı yürüşü <span style="color:red;">-FOTO
26 fevral 2019 15:26 (UTC +04:00)

Sumqayıtda izdihamlı Xocalı yürüşü -FOTO

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində yürüş keçirilib.

 

Lent.az-ın məlumatına görə, minlərlə insanın iştirak etdiyi tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib.

 

Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edən tədbir iştirakçıları abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər.

 

Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdiyini qeyd edib.

 

# 512
avatar

Oxşar yazılar