[b]Nikaraquada ölənlərin sayı 448 nəfərə çatdı[/b]
27 iyul 2018 03:17 (UTC +04:00)

[b]Nikaraquada ölənlərin sayı 448 nəfərə çatdı[/b]

Nikaraquada hökumət əleyhinə etiraz aksiyalarında ölənlərin sayı 448 nəfərə çatıb.
 
“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, ölənlərdən 31-i azyaşlıdır. 2 min 83 nəfər isə yaralıdır.
 
Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları apreldən keçirilir. Aksiyalara səbəb hökumətin təklif etdiyi islahatlardır. Prezident Daniel Orteqa artıq bu islahatlardan imtina etsə də, mitinqlər dayandırılmayıb. Orteqa isə müxalifətin tələb etdiyi növbədənkənar seçkilərin keçirilməsindən imtina edir.
# 282
avatar

Oxşar yazılar