“Real” axtardığını İngiltərədə tapdı
25 iyul 2018 13:56 (UTC +04:00)

“Real” axtardığını İngiltərədə tapdı

“Tottenhem”in qolkiperi Uqo Lyoris karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “The Sun”a istinadən məlumatına görə, “Real” onun xidmətində maraqlıdı.

 

Madrid klubu Lyoris üçün 67,5 milyon avrosundan keçməyə hazırdı. Ancaq “Tottenhem” rəhbərliyi komanda ilə 2022-ci ilə qədər müqaviləsi olan qapıçı ilə yollarını ayırmaq niyyətində deyil.

 

Keçid baş tutacağı təqdirdə, Lyoris futbol tarixinin ən bahalı qapıçısı ünvanını Alissondan alacaq. Qeyd edək ki, braziliyalı qolkiper 62,5 milyon avro qarşılığında “Liverpul”unu yolunu tutaraq rekorda imza atmışdı.

# 513
avatar

ApaSport TV

Oxşar yazılar