<b>ABŞ “F-35” qırıcılarını Türkiyəyə tədarükünü dondurdu</b>
25 iyul 2018 01:04 (UTC +04:00)

ABŞ “F-35” qırıcılarını Türkiyəyə tədarükünü dondurdu

ABŞ Konqresi Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarına görə “F-35” beşinci nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarükünü dondurub.

 

APA-nın  “The Washington Times”a istinadən verdiyi xəbərə görə, müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib.

 

 

Dəyişiklik Konqresin hər iki palatasında təsdiqlənib.

 

 

Pentaqon tədarükün ləğvinin mümkün fəsadlarını təhlil etdikdən sonra “F-35”lərə dair yekun qərar veriləcək.  

 

 

# 329
avatar

Oxşar yazılar