Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu - YENİLƏNİB
03 iyul 2018 10:17 (UTC +04:00)

Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət bərpa olundu - YENİLƏNİB

 

 

“Xəbər verdiyimiz kimi, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb”.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.

 

Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. “Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq”. 

 

 

***

 

 

08:59

 

 

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən,  bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

 

“Azərbaycan Dəmir Yolları”dan “APA-Economics”ə veilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq. 

 

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.

# 623
avatar

APA Baycan

Oxşar yazılar