<b><span style="color:red;">Trampdan ilginc təlimat : kosmos hərbi qüvvələri yaradılır</b>
19 iyun 2018 15:28 (UTC +04:00)

Trampdan ilginc təlimat: kosmos hərbi qüvvələri yaradılır

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin 6-cı qolunun yaradılması ilə bağlı təlimat verdiyini açıqlayıb.

 

Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, ölkə başçısı Donald Tramp Pentaqona Kosmos Hərbi Qüvvələrinin yaradılması ilə bağlı təlimat verdiyini bəyan edib. Ölkə başçısı Milli Kosmos Şurasının Ağ Evdə baş tutan iclasında bu yöndə hərbi fəaliyyətlərin gücləndirilməsinin vacib olduğunu xüsusi vurğulayıb:

 

“Biz kosmosda da ən böyük güc olmalıyıq. Hərbi Hava Qüvvələrimiz olacaq, bu öz yerində, amma silahlı qüvvələrin 6-cı qolunun yaradılmasına da ehtiyac var. Bu Amerika üçün böyük addımdır. Mən artıq bu barədə yazılı təlimatı imzalamışam”. 

# 385
avatar

Tural TURAN

Oxşar yazılar