<span style="color:red;"><b>Əlikram Bayramov : "Deyirlər ki, xanımından qorxursan" - <span style="color:red;">VİDEO</b>
31 may 2018 12:00 (UTC +04:00)

Əlikram Bayramov: "Deyirlər ki, xanımından qorxursan" - VİDEO

Müğənni Əlikram Bayramov həyat yoldaşından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Şou Məkan” verilişində bu sözləri deyib:

“Hər bir tanınmış kişinin arxasında güclü bir xanım durur. Bu ifadəni Viktor Hüqodan oxudum. Fikirləşdim ki, gedim həmin cümləni xanımıma deyim. Evə gəldim. Həmin ifadəni bu cür həyat yoldaşıma söylədim: hər bir tanınmış kişinin arxasında gizli bir qadın durur. Sözü eşidən kimi dik atıldı və dedi, nəəə, gizli bir qadın? Tez cavab verdim ki, gizli yox, güclü bir qadın. Bir təhər başa saldım ki, Viktor Hüqonun sözüdür”.

İfaçı maraqlı xatirələrini də bölüşüb: “Bu yaxınlarda bir kişi yaxınlaşıb dedi ki, Əlikram müəllim çox yaxşı müğənnisiz, çox gözəl insansız. Ancaq bir əmma var. Dedim nədir? Dedi ki, deyəsən, sən xanımından qorxursan. Tutuldum qaldım. Dedi xanımınla bağlı sənə sual verəndə, elə hey fırlayırsan ki, nə şiş yansın, nə kabab”.
 

# 387
avatar

Yalçın UĞUR

Oxşar yazılar