<b>16-cı "Maşın şou"ya bu məşhurlar qatıldı -<span style="color:red;"> SİYAHI</b>
30 may 2018 11:16 (UTC +04:00)

16-cı "Maşın şou"ya bu məşhurlar qatıldı - SİYAHI

“Maşın Şou”nun 16-cı mövsümü start götürüb.

 

Lent.az-ın məlumatına görə, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edir.

 

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Xanımlar və cənablar 2" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.  

 

Bu dəfə maşın qazanmaq uğurunda aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, meyxanaçı Ələkbər Quliyev, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva yarışacaq.

# 470
avatar

Yalçın UĞUR

Oxşar yazılar