<span style="color:red;">Səidə <b>: "Ağ "Porsche"li oğlan gözləyirəm" -</b> <span style="color:red;">VİDEO - FOTO
23 may 2018 17:16 (UTC +04:00)

Səidə: "Ağ "Porsche"li oğlan gözləyirəm" - VİDEO - FOTO

Müğənni Səidə Sultan bu gün Mirbağır Bağırzadənin “Bağışla” mahnısına çəkdirdiyi klipi üçün təqdimat mərasimi keçirib. Lent.az-ın məlumatına görə, ifaçı təqdimatda kliplə bağlı təəssüratlarını bölüşüb: “Əslində bu mahnını ifa etmək təklifi DJ Kazımdan gəldi. Mən də qərara aldım ki, oxuyum və klip çəkdirim. Ekran işini də çox fərqli etdik. Klip əvvəlki Bakı toylarını xatırladır. Ekran işindəki obrazımda özümü Elmira Rəhimovaya, Zeynəb Xanlarovaya bənzədirəm. Özümə söz vermişəm, bundan sonra ancaq sevənlərim məndən yeni işlər gözləsin. Heç bir zaman etmədiyim layihələrə imza atacam. Klipdə mənlə birgə müğənni Nadir Qafarzadə, Nura Suri də rol alıb”.

 

Səidə şəxsi həyatı barədə də danışıb: “Şəxsi həyatdan elə zəhləm gedir. Çünki o barədə suallar çox olur. Vallah insanlar daha bezib ki, Səidə nə vaxt evlənəcək. Deyəcəklər “gözümüz aydın, ərə gedirsən get, getmirsən, özün bilərsən”.  O haqda nəsə xəbər oxuyanda belə məndə qıcıq yaranır. Tamaşaçını da qınamıram. Hələ ki, ağ atlı, ağ “porsche”li oğlanı gözləyirəm. Zarafat bir yana, bu işlər qismətdən asılıdır. 

Kişiləri çox qınayıram deyə mənimlə dolanmırlar. Mənə deyirlər ki, kişi kimi hamıyla dalaşdığım üçün ömür boyu tək qalacam. Amma yox, yaxşı kişiyə can qurban. Bir müddət sevirsən, sonra nələrisə unudursan, nələrisə keçirsən. Həyat xanımların qarşısına öz qismətini yetirsin ki, sonra peşman olmasınlar. Elə olur ki, sonradan etdiyin hər şeyi vurur başına. Mənim də peşman olduğum vaxtlar olub. İllərimə peşman olmuşam”.

 

Qeyd edək ki, klipdə operator Rüfət Şabanov, montaj Qafar Məhərrəmov, stilist Anar Ağakişiyev, modelyer Elnarə Bəkirova, prodüser Elvin Aydın çalışıb.

 

# 435
avatar

Yalçın UĞUR

Oxşar yazılar