[b]Əlil arabasından verilən üsyan əmri: <span style="color:red;">3-cü daha amansız olacaq - QAN ÇANAĞI [/b]
14 dekabr 2017 14:10 (UTC +04:00)

[b]Əlil arabasından verilən üsyan əmri: 3-cü daha amansız olacaq - QAN ÇANAĞI[/b]

 

İki gün əvvəl Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra üçüncü intifadın başlanıldığını elan edib.

 

Hərəkatın mətbuat katibi Abdulatif Alkanu bəyan edib ki, ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü “üsyan” başlayır. "Qəzza zolağında intifadın başlanılması ilə əlaqədar etiraz aksiyaları çoxalıb. Bu, üçüncü intifaddır”, - deyə Alkanu bildirib.


***

 

Bəs nədir bu intifad? İndiyədək neçə intifad elan edilib və nə səbəbdən?

 

Ərəb sözüdür. Mənası “ayağa qalxmaq“, “müqavimət“ deməkdir. İsrail işğalına qarşı fələstinlilər ilk intifada 1987-ci ildə başlayıblar. Və birinci intifad bir neçə il davam edib. Yalnız 1993-cü ildə Oslo razılaşmasının imzalanması ilə dayandırılıb. İntifad hərəkatı 1987-ci ildə İsrail-Fələstin münaqişəsində gərginliyin artması fonunda baş verib. Hərəkat həmin il dekabrın 7-də Cəbaliyə qaçqın düşərgəsindən başlayıb. Belə ki, o vaxt İsrailə məxsus yük maşını fələstinli işçiləri daşıyan maşınla toqquşur və nəticədə 4 fələstinli ölür, 9 nəfər isə yaralanır. Bu hadisə Qəzza universitetində tələbələrin ayağa qalxmasına səbəb olur. Yaralıların olduğu Şəfa xəstəxanası ətrafına toplaşan tələbələr ilk etiraza qalxırlar.

 

Ancaq hərəkat Qəzzada başlasa da, qısa zamanda bütün Fələstinə yayılır. Çox tezliklə kütləvi itaətsizlik aksiyalarına çevrilir. Fələstinlilər İsrail mallarını boykot edir, divarlara şüarlar yazır, yollarda barrikadalar quraraq İsrail ordusuna müqavimət göstərirdilər. Ancaq təbii ki, daşla, ağacla İsrail ordusuna qarşı müqavimət mümkün deyildi. Nəticədə fələstinlilər arasında xeyli insan intifad zamanı öldürülür.

 

Dini ekspert Kənan Rövşənoğlu deyir ki, o vaxt İsrail hökuməti fələstinlilərin etirazlarını dayandırmaq üçün 80 min nəfərlik ordunu səfərbər eləmişdi.

 

“İntifad zamanı 1087 fələstinli öldürülür, İsrail tərəfdən isə 100 mülki vətəndaş və 60 əsgər həyatını itirir. 1400 nəfərdən artıq mülki yəhudi, 1700 əsgər isə yaralanır.

 

Maraqlıdır ki, birinci intifad prosesində Fələstində yeni müqavimət hərəkatı – HƏMAS elan olunub. HƏMAS lideri - fələstinli ruhani, gəncliyində müəllim işləmiş Şeyx Əhməd Yasin idi. Hərəkatı əlil kreslosunda idarə edən Yasin HƏMAS-ın ideya bazasının Misirin “İxvan əl-Muslimin” (Müsəlman Qardaşlar) hərəkatı olduğu göstərilirdi. Ancaq eyni zamanda HƏMAS Fələstin ərazisində İsrailsiz İslam dövləti qurmağı siyasi proqram kimi elan edən İran inqilabı lideri Xomeyni ideyalarını dəstəkləyir, İrandan böyük maliyyə və silah yardımı alırdı.

 

Rövşənoğlu deyir ki, ikinci və daha şiddətli intifad 2000-ci ildə başlayıb və 5 il davam edib. Bu dəfə Fələstin tərəfdən 3500, İsrail tərəfdən isə 1000 nəfərə yaxın insan öldürülüb. Öldürülənlərdən 64 nəfəri xarici ölkə vətəndaşı olub.

 

Kənan bəy deyir ki, ikinci intifadı alovlandıran İsrailin sabiq baş naziri Ariel Şaron olur. Həmin il Ariel Şaron 1000-ə yaxın İsrail xüsusi təyinatlısının müşayiəti ilə Qüdsdəki müsəlmanların və yəhudilərin müqəddəs məbədinə gəlir. Burda mediaya açıqlama verən Şaron bu ziyarətinin “Bir yəhudi olaraq iudaizmin müqəddəs məkanlarını ziyarət etmə hüququndan istifadə etməsi” olduğunu deyir.

 

Bundan sonra Əl-Əqsa məscidi ətrafında fələstinlilərin aksiyası başlayır. Aksiya zamanı polisin kameralar qarşısında 12 yaşlı oğlunu qorumağa çalışan fələstinli ata və oğulu qətlə yetirilməsi növbəti intifadın başlamasına səbəb olur.

 

“İkinci intifadda ilk dəfə Fələstində intihar hücumları həyata keçirilir və 100-dən çox israilli həyatını itirir. Bu isə İsrailin hücumlarını daha da şiddətləndirir. 2002-ci ildə Təl-Əviv artan intihar hücumlarının qarşısını almaq üçün fələstinlilərə qarşı divar hörülməsi barədə qərar qəbul edir“.

 

Kənan bəy deyir ki, ikinci intifaddan sonra əslində HƏMAS bir neçə dəfə üçüncü intifad olacağını elan edib. Ancaq buna baxmayaraq, intihar hücumları davam edir.


Ekspertin fikrincə, əslində buna şərtlər də uyğun olmayıb. “2005-ci ildən sonra Fələstində iki mühüm liderin yoxluğu görünürdü - Yasir Ərəfat vəfat etmiş, HƏMAS lideri Şeyx Əhməd Yasin 2004-cü ildə öldürülmüşdü. 2005-dən sonra Mahmud Abbas sülh prosesini başlatdı, 2006-da seçkilər oldu və HƏMAS seçkiləri qazansa da, hökuməti qura bilmədi. Bundan sonra HƏMAS İsraillə bir neçə dəfə qarşı-qarşıya gəlsə də, bu, kütləvi müqavimət hərəkatına çevrilmədi. Ardınca "ərəb baharı", ümumiyyətlə, Fələstin məsələsini arxa plana keçirdi. Ancaq indi situasiya fərqlidir. İndi yalnız HƏMAS və ya Fəth deyil, bütünlükdə fələstinlilərin, geniş mənada ərəblərin və müsəlmanların narahat olduğu vəziyyət yaranıb. Hətta sülh danışıqlarına sadiq olan Mahmud Abbas belə artıq ümidsiz görünür. Bu səbəbdən də iki gün əvvəl HƏMAS 3-cü intifadı elan edəndə bütün cinahlardan dəstək gəldi, ya da ən azından kimsə qarşı çıxmadı".

 

Ekspertin dediyinə görə, Qüds məsələsi fələstinlilər üçün həssas mövzudur. Həm də Amerikanın qərarı digər Fələstin torpaqları kimi Şərqi Qüdsün də tamamilə itirilməsi deməkdir. Ona görə də 3-cü intifadın başlaması realdır.

 

"Daha əvvəlki intifadlara baxdıqda, bu bir kütləvi xalq etirazdır. İnsanlar kütləvi boykot aksiyaları keçirir, itaətsizlik aksiyaları olur və təbii ki, İsrail hüquq-mühafizə orqanları ilə toqquşmalar baş verir. Kimin nəyə gücü çatırsa, müqavimət göstərir. Buna görə də üçüncü intifadın əvvəlkilərdən daha qanlı olacağını ehtimal etmək olar. Əgər 1-ci intifadda ümumilikdə 1000 nəfər öldüsə, ikinci intifadada 4500 nəfər öldü, onlardan 1000 nəfəri israilli idi. Artıq 2-ci intifaddan 10 ildən çox zaman keçib, fələstinli silahlı qrupların döyüş təcrübəsi, silahlanması da fərqlidir. Bu səbəbdən 3-cü intifad baş tutsa, bu, Fələstin üçün ciddi qarşıdurmaya səbəb olacaq. Üstəlik, Livan Hizbullah Hərəkatı da intifada dəstək verəcəyini bəyan edib. Yəni İsrailin Livana müdaxiləsi də gündəmə gələcək. Bu da savaşın coğrafiyasını genişləndirə bilər".

 

# 385
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar