<b>Milli Qəhrəmanın atası prezidentlə görüşdən danışdı: <span style="color:red;">"Əmin oldum..." </b>
09 fevral 2017 12:52 (UTC +04:00)

Milli Qəhrəmanın atası prezidentlə görüşdən danışdı: "Əmin oldum..."

“Prezident İlham Əliyevlə görüşdük, çox səmimi söhbət etdik. Bir daha əmin oldum ki, dövlətimiz şəhidləri unutmur, onların qəhrəmanlıqlarını layiqincə dəyərləndirir”.

 

Bu sözləri Lent.az-ın əməkdaşı ilə söhbət zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov bildirib. Onun dediyinə görə, görüşdə prezident bildirib ki, bütün şəhidlər kimi Çingizin də adı əbədiləşdiriləcək.

 

“Bu gün Qusarın Həzrə kəndində Çingiz Qurbanovun cümə mərasimidir. Təkcə Qusar və ətraf rayonlardan deyil, Azərbaycanın bütün rayonlarından mərasimə gələnlər var” - Salman Qurbanov bildirib. Şəhid atasının sözlərinə görə, bu, sübut edir ki, ölkə rəhbəri ilə yanaşı siravi adamlar da şəhidin xatirəsini əziz tutur”.

 

Qeyd edək ki, Lent.az-ın əməkdaşı hazırda Qusarın Həzrə kəndindədir. Şəhid Milli Qəhrəmanın həyat hekayətini, yaxınlarının təəssüratlarını saytımızda oxuyaxcaqsınız...

# 236
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar