[b]Rus akademik:[/b] "Sizin məktəb Amerikadan güclüdür" - SƏBUHİ MƏMMƏDLİ MOSKVADAN YAZIR
21 dekabr 2016 16:39 (UTC +04:00)

[b]Rus akademik:[/b] "Sizin məktəb Amerikadan güclüdür" - SƏBUHİ MƏMMƏDLİ MOSKVADAN YAZIR

 

Əvvəli burada

(http://news.lent.az/news/262926)

 

 

Onlarla monoqrafiyanın müəllifi, onlarla kimyaçı alimin yetişməsində müstəsna rolu olan bu bəstəboy alimlə azı 2 saat söhbətləşdik. Keçmiş tələbələrindən biri Palyulin də gəlib çıxdı. Söz sözü dartıb gətirdi, xatirələrə daldılar.

- Çox həvəsli və yorulmaz idi. SSRİ-nin ucqarlarından Moskvaya gələsən və qısa zamanda belə uğur qazansan, hər adama nəsib olan xoşbəxtlik deyil. Çox çalışqan idi.  Nə vaxt axtarsan, ya kitabxanadaydı, ya da laboratoriyada. Həm də çox təşəbbüskar idi. Hər şeyi ilk olaraq özü etmək istəyirdi. Bu isə elmdə çox vacib amildi. Cəsarətli ol, uğur səni tapacaq. Əslində, mən bütün tələbələrimə həmişə bunu təlqin etmək istəyirəm.

 

Akademik Zefirov deyir ki,  Abel Məhərrəmovun aspiranturaya daxil olması üçün MDU-ya yazılan xasiyyətnaməsini SSRİ-nin ən böyük kimyaçıları imzalamışdılar.

 

- Mən ona deyirdim ki, adın qeyri-adidir, kimyada da qeyri-adi adam olacaqsan. 1976-cı ildə mənim rəhbərliyimlə MDU-nun İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə etdi. Rusiya Elmlər Akademiyasının üzvü seçilmək sizə adi gəlməsin. Dünyanın ən şöhrətli alimləri var bu siyahıda. Və bir məqamı da nəzərə alın ki, neçə vaxt idi, Akademiyada seçkilər keçirilmirdi. Rəqabət çox güclüydü. Amma bizim tələbəmiz keçdi.

 

Tələbə sözünü xüsusi vurğuyla deyir. Söhbətin ortasında Palyulinə də bəzi iradlar tutur. Palyulinin laboratoriyası unikal bir preparat üzərində işləyirlər. Adını müvəqqəti siklomemorin qoyduqları bu dərman əldə edilsə, dünya tibb sənayesində inqilab olacaq.

 

- Bu Nobellik bir işdir. Amma cavan oğlan, bilirsiz ki, Nobel mükafatı da siyasiləşib. Bizim hazırladığımız bu preparat yaşı 65-dən keçmiş ahıl insanlarda yaddaşı bərpa etməyə imkan verəcək. Özü də az qala 100 faizlik bərpadan gedir. Bizdə məlumat var ki, Amerikada da bu istiqamətdə gizli iş gedir, onlar da bu preparatın oxşarı üzərində işləyirlər. Amma biz onları qabaqlaycağıq. (Gülür) Az qalıb, lap az qalıb.

 

Və qəfil də mövzunu dəyişir, keçmiş tələbəsi, professor Palyulinə  tərəf:

 

- Volodya, o şkafı aç, əla konyakım var, aç süz görüm.

Professor badələri doldurur:

 

- Gəlin səbəbkarın sağlığına içək. Gözəl alim, gözəl dostumuzun.

İçəri iki tələbəsi girir bu vaxt. Nikolay Serafimoviç dərhal da eynəyini taxıb vərəqlərə baxır, üzərində cızma-qara edir. Tələbələr gedəndən sonra arxasındakı cədvələ tərəf əyilib dillənir.

- Bu gördükləriniz ki, var, bunlar dünya iqtisadiyyatına milyardlar gətirir. Bircə kəşf və sənin dövlətində, özündə bütün parametrlərə görə, xoşbəxtdir. Tələbələrimə də demişəm, dünyanın xilası yeni elmi uğurlarda, texnologiyalardadı. Elm, elm, elm. İndi kim kimi qabaqlasa, dünyanın tövrunu də o müəyyən edəcək.

- Amerika çoxmu qabaqdadı Rusiyadan?

 

- Hansı sahədə, kimyada?

- Bəli.

- Xeyr, inandırım sizi xeyr. 80-ci illər səviyyəmizdə belə deyillər. Niyə uzağa gedirsiz,  sizin kimya məktəbi belə okeanını o tayından, Amerikadan güclüdür. Sizin çox böyük məktəbiniz var. Sadəcə, çağdaş texnoloji imkanlar onları bəzi hallarda lider edir. Əks halda, amerikalıları bu sahədə quruda qoymaq mümkündür.

BDU-nun kimya fakültəsi doğurdan da keçmiş SSRİ-də özündə söz etdirib. Əbəs yerə deyil ki, Beynəlxalq Mendeleyev Olimpiadasının ev sahibliyini belə edib BDU. Olimpiadaya Azərbaycan da daxil olmaqla 14 ölkədən: MDB dövlətləri, həmçinin Makedoniya, Bolqarıstan və Rumıniyadan 9-11-ci sinif şagirdləri qatılıb. Təsəvvür edin, Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor V. Lunin belə bu məqsədlə Bakıya gəlib. Ötən dəfə haqqında bəs etdiyimiz professor Nenaydenko jurinin sədri olub. Yəni möhtəşəm bir tədbir keçirilib.

 “44-cü Beynəlxalq Mendeleyev olimpiadası gözəl bir şəhərdə – Bakıda keçirilir. İştirakçıların çoxu buraya ilk dəfə gəlir. Təəssüratlarımız çox xoşdur. Olimpiadanın əhəmiyyəti də böyükdür, xüsusən də yarışda iştirak edən 87 gənc üçün. Bu olimpiada kimya üzrə keçirilən digər beynəlxalq yarışlardan fərqlənir. İştirakçılar üçün çox gözəl mədəni proqram, gənclərin bir-birləri ilə ünsiyyət qurmaları üçün çox gözəl şərait yaranıb. Hələ ötən ilin noyabrında Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçi ilə Prezident İlham Əliyevin qəbulunda olarkən o, olimpiadanın ən yüksək səviyyədə keçirilməsi üçün çox ciddi tapşırıqlarını verdi və həqiqətən, yarış üçün çox gözəl şərait yaradıldı”.

Bunu akademik Lunin demişdi. İndi təsəvvür edin nə boyda tədbir imiş.

 

Elə Nenaydenko da bu tədbirdən danışdı ağız dolusu.

 

- Çox istedadlı uşaqlarınız var. Böyük gələcək vəd edən uşaqlar. Elə sizin iki gənciniz hazırda bizdə aspirantaradadılar. Gələcək vəd edən kimyaçılardı.

Nenaydenko ilə yenə də  BDU-ilə bağlı ortaq layihədən, Naftalan neftiylə bağlı aparılan araşdırmalardan danışırıq.

 

- Sizin tərəf də bu istiqamətdə müəyyən uğurlar əldə edib. Biz də çalışırıq. Bu layihəni özbaşına buraxmaq olmaz. Elmi əsaslandırmalardan , nəticələrdən sonra necə böyük bir iş gördüyümüzün şahidi olacaqsınız. Bütün dünya şahidi olacaq. Və sizin ölkəniz təkcə neft ölkəsi kimi yox, milyonlarla insana şəfa verəcək olduqca unikal Naftalan neftinin vətəni kimi tanınacaq. Dünyanın heç bir yerində belə bir nemət yoxdur. Heç bir xalqın belə bir neməti yoxdur. Azərbaycan durmadan bu istiqamətdə piar işi aparmalıdır.  Və qısa zamanda bunun nəticəsini görəcəksiniz.

Cənab Nenaydenkoyla bu məqamla bağlı bir film ətrafında söhbətləşirik. “Əla fikirdir”, deyir.

 

- Bu məsələni gündəmdə saxlamaq gərəkdir. Gərəkirsə, Rusiya telekanallarını da bura cəlb etmək olar.  Eyni coğrafi məkanın insanlarıyıq. Amma Avropa dillərinə belə tərcümə edib bu barədə piar aparılmalıdır. Siz Naftalan neftinin nəyə qadir olduğunu görəcəksiniz. 

# 338
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar