Azərbaycanda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum oldu - <span style="color:red;">YENİLƏNİB
30 mart 2016 10:25 (UTC +04:00)

Azərbaycanda dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum oldu - YENİLƏNİB

 

Salyan rayonunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın məlumatına görə, "KamAZ" markalı yük maşının Ələt-Astara yolunda hərəkətdə olarkən Akkuşa çayına aşması nəticəısində ölən şəxslər sürücü, 1968-ci il təvəllüdlü Qaçayev Araz Babayar oğlu və sərnişini, 1973-cü il təvəllüdlü Həbibov Mahir Əbil oğlu olub.

 

Hər iki şəxs çaya aşan avtomobildə boğularaq ölüb. Onların meyitləri sudan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır.

 

*****

 

09:39

 

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “Kamaz” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq, sudan çıxarılıb və  aidiyyəti üzrə təhvil verilib. 

 

***

29 mart, 23:41

 

Sudan çıxarılan avtomobildə sürücü aşkar edilməyib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan “Bala Kür” adlanan çaya “KamAZ” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa da kabinada sürücü aşkar edilməyib. Hazırda hadisə yerində  hüquq-mühafizə orqanlarının əməkdaşları və əlaqədar qurumlar tədbirlər həyata keçirir. Sürücünün suda boğulub-boğulmaması məlum deyil.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

 

Hadisə barədə əlavə məlumatlar dəqiqləşdirilir.

 

Ehtimal olunur ki, sürücü və avtomobildə olan sərnişin suda boğulub.

 

Əldə olunana digər məlumata görə, “KamAZ” markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini, Şıxzərli kənd sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur.

 

Hadisə yerində axtarışlar davam etdirilir.

# 400
avatar

Nizam Rza

Oxşar yazılar