"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürən şəxsin işi <span style="color:red;">ALİ MƏHKƏMƏDƏ
11 fevral 2016 17:04 (UTC +04:00)

"Odnoklassniki"də tanış olduğu sevgilisini öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ

 

Bakı Apellyasiya Məhkəməsində qeyri-rəsmi yaşadığı qadını öldürən 1986-cı il təvəllüdlü Hümbətov Elnur Şahmurad oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi ilkin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il mayın 4-də Səbail rayonu, Rəsul Rza küçəsi, 4 ünvanında baş verib. Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.Hümbətov ilkin ifadəsində bildirib ki, İ.Ağayeva ilə sosial şəbəkədə tanış olub. Onların münasibətləri virtual mərhələdən real mərhələyə keçib. Daha sonra E.Hümbətov İ.Ağayevanı başqa kişilərlə də görüşdüyünü öyrənib. Hadisə günü E.Hümbətov sevgilisinin yaşadığı mənzilə gəlib, mübahisə edib. Nəticədə E.Hümbətov bıçaqla ona zərbələr endirib və İ.Ağayevanı yaralı vəziyyətdə qoyaraq hadisə yerini tərk edib. Ağır bıçaq yaraları alan qadın isə ölüb.

O, Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə E.Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

# 181
avatar

Səlcuq Elçin

Oxşar yazılar