DİN ölümlə nəticələnən kütləvi dava ilə bağlı məlumat yaydı
06 fevral 2016 16:50 (UTC +04:00)

DİN ölümlə nəticələnən kütləvi dava ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Göyçayda baş vermiş dava-dalaşla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 5-də Göyçay şəhəri ərazisində şəhər sakini Əli Səmədov münaqişə zəminində həmyerlisi Heydər İbrahimova və Emil Babayevə bıçaqla xəsarət yetirib. Nəticədə H.İbrahimov hadisə yerində ölüb, E.Babayev isə xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Səmədov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb.

# 80
avatar

Oxşar yazılar