Prezident Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib
27 yanvar 2016 13:41 (UTC +04:00)

Prezident Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev yanvarın 27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd edib. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışıb.

 

Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter səmərəli siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxundu, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065
avatar

Oxşar yazılar