Bakı metrosunda intihar edən şəxslə bağlı <span style="color:red;">YENİ FAKTLAR
14 yanvar 2016 11:54 (UTC +04:00)

Bakı metrosunda intihar edən şəxslə bağlı YENİ FAKTLAR

 
Dünən Bakı metropoliteninin "Əhmədli" stansiyasında özünü qatarın altına ataraq intihar edən 34 yaşlı Qoşqar Aşurovun bu əməli borca görə törətdiyi məlum olub. Lent.az-ın məlumatına görə, Q.Aşurovun hər hansı banka və ya kredit təşkilatına deyil, tanışlarından birinə 1200-1500 manat miqdarında borcu olub. Son vaxtlar işsiz qalan Qazax sakini həmin pulu toplayıb qaytarmaqda çətinlik çəkirmiş və nəhayət intihara əl atıb.
 
 
Q.Aşurov daha əvvəl fəhləliklə ailəsini dolandırırmış.
 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
 
 
 
*****
 
 
13 yanvar, 15:09
 
 
Bu gün Bakı Metropoliteninin "Əhmədli" stansiyasında özünü qatarın altına ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar məlum olub.
 
Lent.az-ın əldə etidiyi məlumata görə, intihar edən 34 yaşlı Qoşqar Aşurov əslən Qazax rayonundandır və bu rayonda qeydiyyatdadır. O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Q.Aşurov işsiz qalıb.
 
 
Q.Aşurovun əksər qohumları rayonda yaşadığı üçün onun barəsində hələlik dolğun informasiya almaq mümkün olmayıb. Onun qardaşı Bakıya çağırılıb.
 
 
Hadisənin baş vermə şəraitinə gəlincə, bu gün saat 11 radələrində Q.Aşurov metronun "Əhmədli" stansiyasında platformada olarkən qəfil hərəkətlə özünü yaxınlaşan qatarın altına atıb. Stansiyada xidmət aparan polis və qatarı idarə edən maşinist onun intiharına mane ola bilməyib. Hadisə vaxtı o qədər dəhşətli mənzərə yaranıb ki, stansiyada olan bəzi sərnişinlər və meyiti götürmək üçün aşağı düşən əməkdaşlar ağır sarsıntı keçirib.
 
 
 
*****
 
 
13 yanvar, 12:00
 
 

Metroda intihar edən şəxsin adı açıqlanıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, intihar edən 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.

 

***

 

Bakı metrosunda intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.

 

40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

# 478
avatar

Nizam Rza

Oxşar yazılar