Tualetdə uğur qazanan molla
19 noyabr 2014 18:09 (UTC +04:00)

Tualetdə uğur qazanan molla

Əhməd son nəfəsində özünü toparlayıb arvadı Sürəyyaya dedi ki, bütün külliyyatımı sənə tapşırıb gedirəm. Onları qoru. Sürəyya da cavabında dedi ki, əmin ol, hamısını toplayıb kitabını nəşr etdirəcəm.

 

Kişi canını tapşırandan yeddi gün sonra Sürəyya onun otağından bütün yazılarını toplayıb qızına verdi ki, bunları apar as tualetdən. Bu aralar gəlib-gedənimiz çox olacaq…

 

Cüməaxşamlarının birində molla tualetdən şalvarı dizində, əlində bir neçə vərəq çıxıb Sürəyyadan soruşdu ki, qızım, bunun qalanı haradadır? Sürəyya dedi, nə var hamısı tualetdə pəncərənin qabağındadır.

 

Mola qayıdıb girdi tualetə və bir müddət oradan çıxmadı. Axırda onsuz da şişman qarnı bir xeyli də şişmiş halda tualetdən çıxıb - ölürəm, sancılanmışam - deyib evinə qaçdı və növbəti cüməaxşamlarına gəlmədi.

 

Bir ay sonra mollanın kitabı çıxdı. O, ilk qonorarından bir yeşik tualet kağızı aldı. Hələ mürəkkəbi qurumamış kitabından da iki nüsxə yeşiyin üstünə qoyub, Sürəyyagilə  göndərdi.

 

Sürəyya bağlamanı alan kimi kitabları qızına verib - bunları apar as tualetdən, atanın qırxına az qalıb, gəlib gedənimiz olacaq - dedi. Tualet kağızlarını da özü aparıb mətbəxdə dolaba qoydu. Onları qızının xeyir işinə saxlamağa qərar verdi. Hörmətli qonaqlar üçün...   

 

 

 

# 1789
avatar

İlqar Rəsul

Oxşar yazılar