Banklar əmanət faizlərinə görə vergi verməyəcək – QANUN LAYİHƏSİ
27 dekabr 2013 14:07 (UTC +04:00)

Banklar əmanət faizlərinə görə vergi verməyəcək – QANUN LAYİHƏSİ

Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər il müddətinə gəlir vergisindən azad edilib.

Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü sessiyasında qanun qəbul edilib.

Qanun layihəsi barədə danışan MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu layihənin qəbulu banklara 50-60 milyon manat gəlir verəcək.

Qanun layihəsi gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

# 1500
avatar

Anar Gəraylı

Oxşar yazılar