Qırmızı Xaç: Suriyada humanitar fəlakət yaşanır
15 fevral 2013 23:50 (UTC +04:00)

Qırmızı Xaç: Suriyada humanitar fəlakət yaşanır

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Suriyadakı şəraitin «humanitar fəlakət» vəziyyətində olduğunu bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurumun başçısı Pyer Krexenbül Suriyada olub. Səfərdən qayıtdıqdan sonra o, deyib: «İnsan dözülməz şəraitdə yaşayır. Özlərinin və yaxınlarının həyatını bu  vəziyyətdən qurtarmaq üçün ölkədən qaçırlar».

 

O, qeyd edib ki, ölkədə silahlı qrupların say artır.

 

BMT-nin məlumatına görə, iki milyona yaxın suriyalı öz evini tərk edəcək, başqa bölgəyə sığınıb, 750 min nəfər isə xaricə qaçıb. 

# 413
avatar

Oxşar yazılar