Ermənistanda hərbi maşın aşıb: biri ölüb, biri yaralanıb
16 yanvar 2013 20:52 (UTC +04:00)

Ermənistanda hərbi maşın aşıb: biri ölüb, biri yaralanıb

Ermənistanın Vayotsdzor adlanan vilayətində «Ural» markalı benzin daşıyan hərbi maşın aşıb. Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində bir hərbçi ölüb, o biri isə hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Arstrun Ovannisyan qarşıdan gələn avtomobillə toqquşmamaq üçün hərbçi sürücü manevr etmək istəyəndə aşıb.

 

Onun sözlərinə əsasən, benzindaşıyanda iki hərbçi olub. Onlar Vayke adlı hərbi hissədə xidmət edirmiş.Biri kapitan, o biri isə müqavilə əsasında xidmətdə olub. Kapitan hospitala yerləşdirilib, o biri isə ölüb.

# 849
avatar

Oxşar yazılar