Zaqatalada sürücülər AAYDA-nın əvəzinə körpünü təmir etdilər - VİDEO
12 aprel 2023 15:51 (UTC +04:00)

Zaqatalada sürücülər AAYDA-nın əvəzinə körpünü təmir etdilər - VİDEO

Zaqatalada təmirə ehtiaycı olan körpü barədə əvvəllər də xəbər vermişdik.

Lent.az "Zaqatala news" teleqram kanalına istinadla bildirir ki, söhbət Tala çayı üzərindəki körpüdən gedir. Kanalın yaydığı məlumata əsasən, çarəsiz qalan sürücülər uzun müddət qəzalı vəziyyətdə olan körpünü özləri təmir ediblər.

Dəfələrlə bu körpüdəki problemlə bağlı şikayətlər və paylaşımlar edilsə də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi körpünü təmir etməyib. belə olduğu halda sürücülər məcburiyyət qarşısında körpünü özləri təmir etməyə qərar veriblər.

Görüntüləri təqdim edirik:

 

# 4755
avatar

Oxşar yazılar