Rusiyanın Bryansk vilayətində sərxoş yeniyetmələr qəbiristanlıqda rəqs ediblər.
Lent.az xəbər verir ki, iki yeniyetmə oğlan spirtli içki qəbul etdikdən sonra qəbirlərin arasında oynamağa başlayıblar.
Onlar alman bəstəkarı Lüdviq van Bethovenin əsərlərindən birinin “remix”i altında rəqs edərək bunu lentə alıblar. Sosial şəbəkələrdə yayılmış görüntülərdən sonra Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məsələ ilə bağlı araşdırmalar başladıb.
Həmin görüntüləri təqdim edirik: