"Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Atama bir söz desə, onu küçəyə atardım"
Lent.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı öz verilişində deyib.
Ata və anasına hamıdan çox dəyər verən aparıcı bu sözləri əlavə edib:
"Bir oğul həyat yoldaşına onu doqquz ay bətnində gəzdirən qadını döyməsinə ixtiyar veribsə, o oğlanın yerində olsam, boşayaram. Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Anama, atama bir söz desə, onu atacaqdım küçəyə, aliment də verməyəcəkdim. Nə ondan olan uşağı qəbul edəcəkdim, nə də onun özünü. Bir manat belə verməzdim, bax, elə acından ölsün".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının bu sözləri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.