Ukraynada “kadırovçular” belə məhv edildi -  VİDEO
09 avqust 2023 17:24 (UTC +04:00)

Ukraynada “kadırovçular” belə məhv edildi - VİDEO

Ukrayna hərbçiləri Xarkov vilayətinin Andreevka kəndi yaxınlığında “kadırovçu”larla necə döyüşdüklərini nümayiş etdiriblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Tələbələri Andreevka yaxınlığında belə ölür" videosunda ​​deyilir.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, “kadırovçular” Rusiya Milli Qvardiyasının və Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasında yerləşən və şəxsi heyəti çeçenlərdən cəlb olunmuş bölmələrinin qeyri-rəsmi adıdır. Həmçinin bu söz Ukraynada döyüşmək üçün 2022-ci ildə yaradılmış Şimal-Axmat, Cənubi-Axmat, Qərb-Axmat və Şərq-Axmat batalyonlarında olan könüllülərə aid edilə bilər.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin sədaqətsiz generalları aşkar etmək üçün “vaqnerçilər” tərəfindən üsyan keçirməyə razılıq verdiyini bildirib. Bu, üsyan cəhdindən sonra "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin niyə cəzalandırılmamasının izahıdır.

 

# 2214
avatar

Fidan İlqar

Oxşar yazılar