Uçurumdan suya tullanan qız DAŞLARA ÇIRPILDI - VİDEO
20 iyun 2023 12:48 (UTC +04:00)

Uçurumdan suya tullanan qız DAŞLARA ÇIRPILDI - VİDEO

İtaliyada istirahət edən avstraliyalı turist qayadan dənizə tullanmaq qərarına gəlib və daşlara çırpılıb.

Lent.az xəbər verir ki, hadisə "Daily Mail"in yayımladığı videoya göstərilib.

Qəzanın Furore Fjord körfəzində baş verdiyi bildirilir. Hadisə şahidlərinin kamerasına düşən görüntülərdə qızın uçurumun kənarında necə tullanmaq istəyərək dayandığını, əksinə yerə yıxılaraq daşlara çırpıldığını görmək olar. Yanında duran kişi onun əlindən tutmağa çalışsa da, tuta bilməyib.

Zərərçəkmişi təcili yardıma çatdırmaq bir saat çəkib. Hazırda qız xəstəxanadadır, vəziyyəti barədə məlumat verilmir.

Həmin görüntüləri təqdim edirik:

# 2949
avatar

Fidan İlqar

Oxşar yazılar