Üç rayonda qanunsuz tikintinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.