Tutuquşu  qadın kimi qışqırıb   polisləri köməyə çağırdı - VİDEO
17 iyul 2023 13:39 (UTC +04:00)

Tutuquşu qadın kimi qışqırıb polisləri köməyə çağırdı - VİDEO

İngiltərədə qışqıran qadınınin köməyinə gələn polis, səsin tutuquşudan çıxdığını öyrənib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Esseksdə baş verib. Bununla bağlı danışan 54 yaşlı Stiv Vudun 22 tutuquşusu var. Onun sözlərinə görə, əvvəlcə Kanvey adasındakı evinin yaxınlığında 3 polis maşınının görünməsi onu təəccübləndirib.

“İlahi, mən nə etmişəm?” deyə düşündüm. Dedilər: “Bizim xəbərimiz var ki, evinizdə kömək üçün qışqıran bir qadın var və biz hər şeyin qaydasında olub-olmadığını yoxlamağa gəldik”.

Hadisə yerinə gələn polislər, düşdükləri vəziyyəti dərk edib gülməyə başlayıblar. Məlum olub ki, əslində qışqıran qadın yox, tutuquşudur.

Heyvan sahibinin sözlərinə görə, onun bütün quşları səhər və axşam qışqırır, lakin onlardan biri, 3 yaşlı tutuquşu Freddi son vaxtlar xüsusilə yüksək səslə qışqırmağa başlayıb.

# 2181
avatar

Fidan İlqar

Oxşar yazılar