Tutduqları balığa görə 3,5 milyon  itirdilər - VİDEO
27 iyun 2023 11:57 (UTC +04:00)

Tutduqları balığa görə 3,5 milyon itirdilər - VİDEO

Amerikanın Şimali Karolina ştatında iyunun 12-də başlayıb, 18-də başa çatan “Big Rock Blue Marlin” balıq ovu turniri keçirilib.

Lent.az xəbər verir ki, “Sensation” adlı gəminin balıqçıları 6 saata yaxın güləşdikləri 280 kiloluq mavi marlin tutublar. Əgər bu balıq müsabiqənin şərtlərinə uyğun gəlsəydi birinci yer üçün 2,77 milyon dollar mükafat və turnirdə 226 kiloqramdan çox çəki tutduqları üçün əlavə 739,500 dollar qazanacaqdılar.

Ancaq təəssüf ki, hər şey balıqçıların istədikləri kimi olmayıb. Belə ki, turnirin təşkilatçıları mavi marlini başqa bir köpəkbalığının dişlədiyini əsas gətirərək müsabiqəyə uyğun hesab etməyiblər. Onlar bildirib ki, öllçmə zamanı onun ətinin böyük bir hissəsinin əskik olduğu aşkarlanıb. Həmin balıq turnirdən diskvalifikasiya edilib.

Məlumata görə, “Sensation” gəmisinin balıqçıları müsabiqə təşkilatçılarını məhkəməyə verməyə hazırlaşır.

# 1938
avatar

Sevinc Fərid

Oxşar yazılar