Türkiyə vətəndaşları Sədərək Gömrük Postuna sən demə buna görə keçiblərmiş - VİDEO
08 iyul 2023 18:03 (UTC +04:00)

Türkiyə vətəndaşları Sədərək Gömrük Postuna sən demə buna görə keçiblərmiş - VİDEO

Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb.

Lent.az APA TV-yə istinadla bildirir ki, hadisə iyulun 7-si baş verib. Təxminən 2-3 saat davam edib. Buna səbəb kimi Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşması göstərilir. Qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib.Qərarın  iyulun 10-dan qüvvəyə minəcəyi bildirilir. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək qeydiyyat aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3801
avatar

Oxşar yazılar