“Toyota”  hidrogenlə işləyən   avtomobil təqdim etdi
30 may 2023 17:21 (UTC +04:00)

“Toyota” hidrogenlə işləyən avtomobil təqdim etdi

"Toyota" hidrogenlə işləyən yeni avtomobili təqdim edib. 

Lent.az xəbər verir ki, avtomobilin qiyməti 50.639 dollardan başlayır. İdman üslublu bu modelin seriya versiyasının daha da baha başa gələ biləcəyi bildirilir. 
 
Məlumata görə, avtomobilin kuzov dəsti, yeni təkərləri və unikal rəngi var. O, kompakt radiator barmaqlığı və fənərlər arasındakı tünd bəzəkli əşyası ilə diqqəti cəlb edir.
 
Arxada kütləvi diffuzor, baqajın qapağında isə kiçik spoyler quraşdırılıb.
 
Sedan 185 at gücünə malik elektrik mühərrikinə malikdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Sevinc Fərid

Oxşar yazılar