Gəncədə qadın "20 Yanvar" qurbanları barədə sosial şəbəkədə nalayiq ifadə işlədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, "TikTok" sosial şəbəkəsində bir xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb:
"Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən edilib və o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır. G. İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu, bütün şəhid ailələrindən və Azərbaycan Xalqından üzr isyədiyini bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir".