Suriyalı biznesmen  küçədə GÜLLƏLƏNDİ: "mənə tərs baxırdı" - HADİSƏ ANI
10 iyun 2023 18:50 (UTC +04:00)

Suriyalı biznesmen küçədə GÜLLƏLƏNDİ: "mənə tərs baxırdı" - HADİSƏ ANI

Türkiyədə suriyalı iş adamı öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Qaziosmanpaşa məhəlləsində baş verib. Naməlum şəxs Hataydan İstanbula gələn suriyalı iş adamı 50 yaşlı Xalid Salahın qarşısını kəsərək ondan pul istəyib. X. Salah quldurdan qaçaraq yanacaqdoldurma məntəqəsində gizlənmək istəyib.

Həmin şəxs suriyalının ardınca düşüb və başından atəş açaraq qətlə yetirib.

Hadisəni törədən qısa zamanda saxlanılıb. O, polisə verdiyi ifadədə, suriyalının ona tərs baxdığını və özünü qorumaq məqsədilə onu öldürdüyünü deyib. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

# 2547
avatar

Oxşar yazılar