Sükanı buraxıb qəlyan çəkirdi, cərimələndi - VİDEO
08 may 2023 13:47 (UTC +04:00)

Sükanı buraxıb qəlyan çəkirdi, cərimələndi - VİDEO

Yol hərəkəti qaydalarını pozan sürücü cərimələnib.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, vətəndaş Saleh Dövlətov özünə məxsus avtomobili təhlükəsizlik kəməri taxmadan, eləcə də sükandan əllərini çəkərək idarə edib. Həmin görüntüləri də sosial şəbəkələrdə paylaşıb.

Faktla əlaqədar S. Dövlətov BDYPİ-yə dəvət olunaraq, onunla profilaktik söhbət aparılıb və törətdiyi inzibati xətalara görə barəsində qanunamüvafiq tədbirlər görülüb.

# 3786
avatar

Oxşar yazılar