Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən soydaşlarımız hələ də əziyyət çəkir.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, evləri dağılmış insanlar artıq uzun aylardır çadırlarda qalır. İran hökuməti isə onlara biganə yanaşmaqda davam edir.
Məlumata görə, indi isə zəlzələdən zərərçəkmiş soydaşlarımızın qaldığı çadırları sel basıb. Onlar dövlətin bu fəlakətlərə qarşı səssiz qalmağından şikayətçidirlər.
Görüntüləri təqdim edirik: