Sökülən minarə buldozerin üstünə aşdı, sürücü öldü - HADİSƏ ANI
11 aprel 2023 15:07 (UTC +04:00)

Sökülən minarə buldozerin üstünə aşdı, sürücü öldü - HADİSƏ ANI

Türkiyədə məscidin minarəsinin söküntüsü zamanı faciə baş verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Qaziantepin Oğuzeli qəsəbəsində zəlzələ səbəbilə zərər görən minarənin nəzarət qaydasında sökülməsi qərarı verilib. Ancaq söküntü zamanı bədbəxtlikdən minarə buldozerin üzərinə aşıb. Nəticədə sürücü, 25 yaşlı Mert Köseoğlu ölüb.

Onun meyiti məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib, araşdırma aparılır.

 

# 2520
avatar

Oxşar yazılar