Hindistanın keçmiş siyasətçisi, adam oğurluğunda təqsirli bilinən Atik Əhməd qardaşı ilə birlikdə televiziyada canlı yayımda güllələnib.
Lent.az xarici mediaya istinadən bildirir ki, polisin müşayiəti altında olan Əhməd Allahabad kimi tanınan Prayaqrac şəhərində jurnalistlərlə danışarkən başına silahdan atəş açılıb.
Atəşdən sonra özlərini jurnalist kimi təqdim edən üç kişi tez təslim olub və nəzarətə götürülüb.
Əhmədin yeniyetmə oğlu bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü.
Əhməd daha əvvəl polisin onun həyatını təhdid etdiyini iddia etmişdi.
Polisin bildirdiyinə görə, hücum etdiyi iddia edilən üç şəxs motosikletlə hadisə yerinə gəlib. Hadisə yerində bir polis və bir jurnalist də yaralanıb.
Keçmiş deputat Əhməd və qardaşı polis nəzarətində idi Uttar-Pradeş ştatındakı Prayagraca aparılıb. Burada ona qətl və hücum ittihamı irəli sürülüb.
Onların hər ikisi 2005-ci ildə regional Bahujan Samac partiyasına mənsub deputat Racu Palanın qətlinin əsas şahidi olan Umeş Palanın fevral ayında öldürülməsi ilə əlaqədar aprel ayında həbs edilib.
Əhməd 2019-cu ildə adam oğurluğunda təqsirli bilinərək həbs edilib.
Atikin yeniyetmə oğlu Əhməd Əsəd və qətl işi ilə bağlı axtarışda olan başqa bir şəxs bu həftə baş verən atışmada polis tərəfindən öldürülüb.