Sel yolları dağıtdı, sakinlər selin gətirdiyi daşları əl arabaları ilə yığdı - VİDEO
01 iyul 2023 16:29 (UTC +04:00)

Sel yolları dağıtdı, sakinlər selin gətirdiyi daşları əl arabaları ilə yığdı - VİDEO

Lahıcda sel bir sıra fəsadlar törədib. 

Lent.az APA TV-yə istinadla bildirir ki, evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti mümkün olmayıb. Sakinlər və aidiyyəti qurumların əməkdaşları qəsəbənin küçələrindən selin gətirdiyi daşları əl arabaları ilə yığıb. Sakinləri bildirir ki, bir sıra evlərə zərər dəyib. 

İsmayıllı RİH başçısının Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əlizadə bildirib ki, sel nəticəsində qəsəbəyə girişdə məhdudiyyət yaranıb, evlərin zirzəmiləri suya qərq olub. 

Qeyd edək ki, qəsəbə ərazisində yağış səhər saatlarına kimi davam edib. Hazırda yağmurlu hava müşahidə olunmasa da çaylarda bolsululuq hələ də qalmaqdadır. 

# 2367
avatar

Oxşar yazılar