Rusiyalı turistlər Antalyada oteldən  35 kilo yemək   OĞURLADILAR - VİDEO
02 avqust 2023 15:27 (UTC +04:00)

Rusiyalı turistlər Antalyada oteldən 35 kilo yemək OĞURLADILAR - VİDEO

Antalyada oteldən çıxan Rusiya vətəndaşları "yolda yemək" üçün özləri ilə 35 kiloqram yemək götürmək qərarına gəliblər, lakin otel işçiləri buna imkan verməyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, turistlər bufetdən tərəvəzlər, şirniyyatlar, quru meyvələr, qazlı içkilər, çoxlu çay paketləri və hətta folqa ilə bükülmüş yağ, eləcə də nəhəng kisə souslar yığıblar.

Otel işçiləri istirahət edənlərin belə həyasızlığından şoka düşüblər, lakin onların izahı daha qəzəbli olub. Rusiyalı qadın əvvəlcə bunların “hədiyyə” olduğunu, sonra işçilərə yemək qoyduğunu iddia edib. Söhbət əsnasında hekayəsini dəyişib və bu gün qatarda yola düşəcəkləri üçün sadəcə özü ilə qəlyanaltı götürmək istədiyini söyləyib.

İnternetdə yayımlanan videoda otel işçilərinin rusiyalı turistlərin özləri ilə götürməyi planlaşdırdıqları bütün yeməkləri çarpayıya atdığını görmək olar. Təcavüzkar ölkədən gələn istirahətçilər yeməklə yanaşı, özləri ilə çoxlu şampunlar və digər kosmetik vasitələr də götürmək istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3483
avatar

Fidan İlqar

Oxşar yazılar