Rusiyalı hərbçilər Ukraynada belə güllələndilər - VİDEO
18 noyabr 2022 19:35 (UTC +04:00)

Rusiyalı hərbçilər Ukraynada belə güllələndilər - VİDEO

Ukraynalı hərbçilərin Rusiya hərbi qulluqçularını güllələdiyini əks etdirən kadrlar yayılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Rus baharı” teleqram kanalındakı videolardan birində təslim olduqları və daha sonra Ukrayna hərbçiləri tərəfindən vurulduğu bildirilən rus hərbçilərinin cəsədləri əks olunub. Başqa bir videoda isə ehtimal ki, Rusiya Silahlı Qüvvələrindən olan əsgərlərdən birinin təslim olmaqdan imtina edərək atəş açdığı görünür.

Rusiya mediası isə iddia edib ki, Ukrayna tərəfi həmin əsgərlərin minaya düşdüklərini bildirib. Ancaq məlum olub ki, rusiyalı əsgərlər ukraynalılara təslim olsalar da, sonradan öldürülüblər.

Görüntüləri təqdim edirik:

# 5673
avatar

Oxşar yazılar