"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 16:10 (UTC +04:00)

"Sea Breeze" yolunda YENİ QAYDALAR

Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xəbər verilib.

Bildirilib ki, Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir. 

Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər. Monitorinqlərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar