Qaz xəttinə "qarmaq atanlar"a XƏBƏRDARLIQ  - VİDEO
08 aprel 2023 19:15 (UTC +04:00)

Qaz xəttinə "qarmaq atanlar"a XƏBƏRDARLIQ - VİDEO

Bakının Bakıxanov qəsəbəsində qaz xəttinə qanunsuz qoşulmalar ləğv edilib.

"Azəriqaz"dan Lent.az-a verilən xəbərə görə, əsas qaz xəttini saxlayan dayağın abonent Qulu Mahmudov üçün “böyük dayaq” missiyasını yerinə yetirdiyi məlum olub.

Qulu Mahmudovdan fərqli olaraq Maştağa qəsəbə sakini Şamo Əliyev isə sahib olduğu 4 ədəd istixanada qazdan qanunsuz yolla istifadə edib. Abonent qaz xəttini torpağın altı ilə aparmaqla qanunazid hərəkətini ört-basdır etdiyini zənn edib.

Qaz xəttinə qaznunsuz qoşulma halı “Azəriqaz” əməkdaşları tərəfindən artıq aradan qaldırılıb. Qaz xəttinə atılan dırnaqarası qarmaqlar ləğv edilib. Qurum bir daha abonentləri bu kimi neqativ əməllərdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248
avatar

Oxşar yazılar