Qırğızıstanda macəra axtarışında olan turistlər sosial mediada qar uçğununun qorxunc videosunu paylaşıblar.
Lent.az xəbər verir ki, hadisə Tyan-Şan dağında baş verib. Ucqar yerdən gələn və qar uçğununu lentə alan şəxslər elə uçqunun altında qalıblar. Məlumata görə, turistlər xəsarət almayıblar. Lakin onların sözlərinə görə, bu, onların gördüyü ən vahiməli anlar olub.
Həmin hadisənin anbaan videosunu təqdim edirik: