Türkiyənin Qars bölgəsində uzun illərdir Qafqaz arılarından orqanik bal istehsal edən Yücel Üzeyir təhlükəli görüntüləri ilə gündəm yaradıb.
Lent.az xəbər verir ki, Üzeyir heç kəsin asanlıqla cəsarət edə bilməyəcəyi hərəkəti ilə görənləri təəccübləndirib. O, yüzlərlə arının bədəninə qonmasına imkan verib. O, həmin anları lentə alaraq deyib:
“Qafqaz arısı dünyanın 4 arı irqindən biridir. O uzun dili və çiçəklərin dərinliyindən bal götürmə qabiliyyəti ilə tanınır. Qafqaz arısı çox itaətkardır. Hazırda yaşadığım atmosfer inanılmazdır. Arıların mərkəzində olduğum üçün onların yaratdığı melodiyanı tamamilə eşidirəm. Və o mərkəzin daxilindəki temperatur tamamilə sərinliyə çevrilir. Bu gözəl hissdir, həm də təhlükəlidir. Təbii ki, hər kəsə bunu etməyi tövsiyə etməzdim”,-deyə o bildirib.
Sözügedən görüntüləri təqdim edirik: