Yanotama adlı pişik rəsmi olaraq Yaponiyanın Vakayama prefekturasının Kinokava şəhərində yeni stansiya növbətçisi təyin edilib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, mərasimdə pişiyə üzərində adı həkk olunmuş medal və papaq təqdim edilib. Wakayama Elektrik Dəmir Yolu Şirkətinin prezidenti Mitsunobu Kodzima Yonotamanın Yaponiya dəmir yollarının keçirdiyi əhəmiyyətli dəyişikliklər dövründə əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.
Yonotama ötən ilin noyabr ayında vəfat edən əvvəlki pişik stansiya rəisi Nitamanı əvəz edib. Nitama dəmir yolu xəttinin populyarlaşmasındakı xidmətlərinə görə fəxri stansiya rəisi adına layiq görülüb.
Stansiya nəzarətçisi vəzifəsi simvolikdir. Pişik talisman kimi xidmət edir və turistləri cəlb edir. Bu ənənə 2007-ci ildə, pişik Tamanın stansiya işçisi təyin edilməsi ilə başlayıb. Deyilənə görə, bu təşəbbüs zərərlə işləyən xəttin maliyyə sabitliyini qorumağa kömək edib.
Tama 2015-ci ildə 16 yaşında vəfat edib. Xidmət illərində bölgəyə təxminən 1,1 milyard yen qazandırıb və beynəlxalq səviyyədə tanınıb.