Polis əməliyyat zamanı gülməli vəziyyətlə qarşılaşdı - VİDEO
18 dekabr 2024 16:57 (UTC +04:00)

Polis əməliyyat zamanı gülməli vəziyyətlə qarşılaşdı - VİDEO

ABŞ-ın Massaçusets ştatında polis qeyri-adi həbsin şahidi olub. Polisdən gizlənməyə çalışan 33 yaşlı Robert Lenqlet şanssız Şaxta baba kimi bacada ilişib qalıb.

Lent.az “Daily Star”a istinadən bildirir ki, hadisə Fall River şəhərində baş verib.

Polis əməkdaşları narkotik satmaqda və saxlamaqda şübhəli bilinən Lenqleti ələ keçirmək üçün evə gəliblər. Evin içərisində hərtərəfli axtarış etdikdən sonra onu tapmayıblar və onun mənzildən qaçış ssenariləri üzərində düşünməyə başlayıblar. Birdən dispetçer bildirib ki, qonşulardan biri zəng edərək həmin evin damından qəribə qışqırıq səsləri eşitdiyini deyib.

Dama çıxan polis Lenqletin çıxmağa çalışaraq bacada necə ilişib qaldığını görüb. Vəziyyət o qədər absurd görünüb ki, polislərdən biri "Sən axmaqsan!", deyə qışqırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal xilasediciləri və həkim briqadasını çağırıblar. Çox səydən sonra adamı dar oxdan çıxarıblar. Çətinliklərə baxmayaraq, Lenqlet yalnız cızıqlarla xilas olub.

O, saxlanılandan sonra tibbi müayinəyə göndərilib. Məhkəmə onun girov hüququ olmadan həbsxanada saxlanılmasına qərar verib. Uğursuz qaçmaq cəhdi Lenqleti yerli xəbər ulduzuna çevirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3976

Oxşar yazılar

"Yeddi gözəl"ə  də sel gəldi - Heç vaxt belə olmamışdı - VİDEO

"Yeddi gözəl"ə də sel gəldi - Heç vaxt belə olmamışdı - VİDEO

18 aprel 2025 , 11:10
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 aprel 2025 , 10:00
Bakıda bataqlığa düşən sürücü belə xilas edildi - VİDEO

Bakıda bataqlığa düşən sürücü belə xilas edildi - VİDEO

16 aprel 2025 , 16:39
Binə və Zabratın yollarını su basdı - VİDEO

Binə və Zabratın yollarını su basdı - VİDEO

16 aprel 2025 , 11:17
"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

16 aprel 2025 , 10:49
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

16 aprel 2025 , 10:30
Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN!  -VİDEO

Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN! -VİDEO

15 aprel 2025 , 16:22