Pişik şəhər merinə HÜCUM ETDİ -  VİDEO
12 iyun 2023 12:45 (UTC +04:00)

Pişik şəhər merinə HÜCUM ETDİ - VİDEO

Meksikanın ölkənin şimal-qərbində yerləşən Sinaloa əyalətində pişiklə bağlı gülməli hadisə baş verib. 

Lent.az xəbər verir ki, müvafiq video "YouTube" kanalında yerləşdirilib. 

Pişik Culiacan Rosales şəhərinin meri Xesus Estrada Ferreyroya hücum edib. Hücum nəticəsində şəhər rəhbəri xəstəxanaya yerləşdirilsə də, həyati təhlükəsi yoxdur.

Siyasətçi sakitcə şəhər şurasının ətrafında gəzən zaman pişik ona hücum edib. Eyni zamanda heyvan kişinin sol ayağından yapışıb. Mühafizəçi siyasətçini pişiyin pəncələrindən qoparmağa çalışıb.

Estrada Ferreiro yüzlərlə cızıq və dişlək, ayaqlarında sıyrıqlar alıb. 

# 1746
avatar

Fidan İlqar

Oxşar yazılar