Yaponiyadakı heyvanxanaların birində pinqvinlər aclıq aksiyası keçiriblər.
Lent.az xəbər verir ki, bu barədə Yaponiyanın məşhur televiziya kanalı məlumat verib.
Məlum olub ki, pinqvinlər onlara verilən ucuz balıqları yemək istəməyib ac qalmağı üstün tutublar. Heyvanların bu cür davranışlarını görən heyvanxana işçiləri nə edəcəklərini bilmirlər. Pinqvinlərin hansısa xəstəlikdən belə etməsi ehtimalını da baytarlar araşdırır.
Görüntüləri təqdim edirik: