"Oğlumu 3 gün dəfn etməyə qoymadım"  - İbrahim Borçalının xanımı - VİDEO
07 dekabr 2021 16:28 (UTC +04:00)

"Oğlumu 3 gün dəfn etməyə qoymadım" - İbrahim Borçalının xanımı - VİDEO

Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova oğlu Rəhimin vəfatından söz açıb.

Lent.az-ın məlumatına görə, ifaçının xanımı "O üz" verilişində bu sözləri deyib:

"Əvvəl deyirdim ki, mənim yaşamağa haqqım yoxdu. Özümə qınaq obyektinə çevirmişdim ki, niyə yaşayıram? Sonra dedim ki, mən olmasam Rəhim də yoxdur. Olmalıyam ki, Rəhim də yaşasın. Deyirdi, ana, elə düşünürəm ki, tez öləcəm. Rəhim doğulandan içimdə bir qorxu hissi var idi: deyirdim, Rəhimə nəsə olacaq, o xəbər səhər gələcək. Elə də oldu, xəbər səhər gəldi.
Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-də 21 yaşı tamam oldu. Tortu götürüb getdik, nə qədər etdik, şamın biri yanmadı. dedim, bu, yarımçıq qalan həyatıdır".

Zöhrə xanım deyib ki, Rəhimi 3 gün dəfn etməyə qoymayıb: "Onu yola salan günü dedim inanıram sən varsan, görürsən bizi, işarə ver səni görüm. Başladı balaca kəpənək uçmağa. Baxdım, dedim, sənsən, mesaj göndərirsən ki, məni görürsən. O gündən evdən kəpənək əskik olmur. Hər gün dua edirəm ki, ətrafımda kimə nə olacaq mənə olsun. Bəlkə bir möcüzə olsun, desinlər, hansı cəzanı verək övladını qaytaraq. Deyərəm, canlı qolumu, ayağımı kəssinlər, gözümü çıxarsınlar, dözərəm ağrıya, təki onu qucaqlayım, qayıtsın, iyini çəkim sinəmə, ana desin. Hər şey verərdim. Bilmirəm, bəlkə onu görsəm nəfəsim dayanar".

# 33591
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49
Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

24 aprel 2024 , 13:37