Milli dəyərlərimiz təhqir edib video paylaşan narkokuryer tutuldu - VİDEO
07 aprel 2023 16:45 (UTC +04:00)

Milli dəyərlərimiz təhqir edib video paylaşan narkokuryer tutuldu - VİDEO

️Paytaxt ərazisində narkokuryerlik etdiyini deyən və milli mənəvi dəyərlərimizi təhqir edərək sosial şəbəkələrdə video paylaşan saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin İranda yaşayan “Məhəmməd” adlı şəxsin göstərişi ilə Bakı şəhərində narkokuryerliklə məşğul olduğunu və milli mənəvi dəyərlərimizin təhqirinin əks edildiyi video görüntülər yayılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Şükür Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

# 2985
avatar

Oxşar yazılar